Bayden Dünya Bankının rəhbərliyinə hindlini gətirir

Bayden Dünya Bankının rəhbərliyinə hindlini gətirir

ABŞ Prezidenti Co Bayden Hindistan əsilli iş adamı Ajay Banqanı Dünya Bankının rəhbəri vəzifəsinə namizədliyini irəli sürüb.

AzerTimes xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Bildirilib ki, hazırda Banqa “General Atlantik” investisiya şirkətinin vitse-prezidentidir, buna qədər isə “Mastercard” ödəniş sisteminin operatoru olub.

Qeyd edək ki, DB-nin hazırki prezidenti Devid Malpass ötən həftə vəzifəsindən istefa verdiyini açıqlamışdı.

Teqlər: