ABŞ prezidenti Co Bayden dekabrın 30-da Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı keçirməyi planlaşdırır.
AzerTimes-ın məlumatına görə, bu barədə CNN televiziya kanalı Ağ Evin Təhlükəsizlik Şurasının nümayəndəsi Emili Xorna istinadən bildirib.
E.Xornun sözlərinə görə, C.Bayden “bir sıra məsələləri, o cümlədən Rusiya ilə qarşıdakı diplomatik əlaqələri müzakirə etmək” niyyətindədir.
Telekanaldan verilən məlumatda qeyd olunub: “C.Bayden yanvarın 10-na planlaşdırılan ABŞ-Rusiya ikitərəfli danışıqlarını qabaqçadan müzakirə etməyi planlaşdırır. Söhbət, həmçinin Rusiyanın NATO və ATƏT ilə yanvarın 12 və 13-də baş tutacaq təmaslarına da diqqət yetirəcək”.
Eyni zamanda bildirilib ki, danışıqların keçirilməsi Rusiya Federasiyasının prezidenti tərəfindən təklif edilib və C.Bayden bu fikri qəbul edib.