Bayden debatı uduzdu: yerinə kim gələ bilər?

Bayden debatı uduzdu: yerinə kim gələ bilər?

ABŞ Prezidenti Co Baydenin ilk canlı debatında Donald Tramp qarşısındakı zəif performansı ölkə və dünya mediasında səs-küyə səbəb olub.

AzerTimes xəbər verir ki, bu barədə dünya mediasında müxtəlif xəbərlər dərc olunur.

Nümayəndələr Palatasının üzvü Roy konstitusiyanın 25-ci maddəsindən istifadə edərək, prezidentin vəzifə və öhdəliklərini lazımi şəkildə yerinə yetirə bilmədiyi üçün Baydenin vəzifədən uzaqlaşdırılması ilə bağlı layihə hazırladığını bildirib.

Layihə təsdiqləndikdən sonra Baydenin vəzifədən kənarlaşdırılması üçün 24 saat ərzində konqresə göndəriləcək.

ABŞ-ın ən böyük mətbu orqanlarından olan “Nyu York Tayms” isə prezidentə “geri çəkil” çağırışını edib.

“Vaşinqton Post” qəzeti Baydenin yerinə gələ biləcək 10 nəfərin adını açıqlayıb.

Siyahıda vitse-prezident Kamala Harris və Mişel Obamanın adı da yer alıb.

Teqlər: