ABŞ Prezidenti Co Bayden çevriliş nəticəsində seçki prosesindən kənarlaşdırıldı.
AzerTimes xəbər verir ki, bu sözləri Ağ Ev-in keçmiş rəhbəri, hazırki prezidentliyə namizəd Donald Tramp deyib.
“Bu, prezidenti devirmək üçün çevriliş idi, düşünün. Onun 14 milyon səsi var idi (praymerizdə), bir il təbliğat apardı, qalib gəldi, onu da qovdular. Dedilər ya indi gedin, ya da bunu çətin yolla edəcəyik”, – deyə Tramp bildirib.