ABŞ-ın keçmiş prezidenti Donald Tramp respublikaçı konqresmenləri Ukraynaya əlavə hərbi dəstəyə yol verməməyə çağırıb.
AzerTimes xəbər verir ki, bu barədə “Skay Nyus” məlumat yayıb.
Tramp bildirib ki, Bayden administrasiyası ailəsinin işgüzar əlaqələrinin araşdırılmasında əməkdaşlıq edənə qədər dəstəyi dayandırmaq lazımdır:
“Konqres, FTB, Ədliyyə nazirliyi və Daxili Gəlir Xidməti Baydenin cinayətkar ailəsinin korrupsiyaya uğramış biznes əməliyyatları ilə bağlı əllərində olan bütün sübutları təhvil verənə qədər, Ukraynaya silah dəstəyini dayandırılmalıdır”.