Ukraynanın təmas xətti boyunca faktiki bölünməsi Rusiya ilə genişmiqyaslı münaqişədə maraqlı olmayan Qərb üçün yeganə həll yolu olaraq qaldı.
AzerTimes xəbər verir ki, bunu britaniyalı jurnalist Ouen Mettyus “Spectator” nəşrində yazdığı məqaləsində bildirib.
“Qərb siyasətçilərinin qarşısında duran problem ondan ibarətdir ki, Rusiya sanksiyalardan və Ukraynadakı münaqişənin digər nəticələrindən nə qədər əziyyət çəksə də, məğlubiyyətə uğramaması Rusiya Prezidenti Vladimir Putinin qələbəsi deməkdir. ABŞ Prezidenti Co Bayden ya Ukraynanı demokratiya uğrunda qlobal müharibəyə çevirmək, ya da Qərbi Ukraynanın arsenalına çevirmək üçün kifayət qədər siyasi iradə toplaya bilmədi”, – müəllif bildirib.
Onun sözlərinə görə, münaqişənin taleyi Kiyevdə yox, Vaşinqtonda həll olunacaq.