ABŞ-da yanacağın qiyməti “OPEK+”un neft hasilatını azaltmaq qərarına görə artmağa başlayıb.
AzerTimes xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden Merilend ştatında çıxışında deyib.
“Ərzaq qiymətləri azalmayacaq, qalxacaq. Mən əvvəllər yanacağın qiymətlərini aşağı sala bilmişdim, amma indi ruslar və səudiyyəlilərin (“OPEK+”da – red.) etdiklərinə görə qiymətlər bahalaşır”, – deyə C.Bayden bildirib.
ABŞ Prezidenti qeyd edib ki, bundan sonra da bu problemin həlli ilə məşğul olacaq.