ABŞ Prezidenti Co Bayden ölkə vətəndaşlarını İrana səfərdən çəkinməyə çağırıb.
AzerTimes xəbər verir ki, İranla məhbus mübadiləsindən danışan Bayden sözügedən ölkəyə səfər etməyin riskli olduğunu bildirib.
“Vətəndaşlarımızın evlərinə qayıtmasını alqışlayarkən bir daha bütün amerikalılara İrana səfərlərin ciddi risklər ilə bağlı olduğunu xatırladıram. ABŞ pasportu olanlar oraya getməməlidir”, – Bayden qeyd edib.