Bayden bu liderlərə Rusiya ilə bağlı çağırış edib

Bayden bu liderlərə Rusiya ilə bağlı çağırış edib

ABŞ Prezidenti Co Bayden Polşaya səfəri zamanı Baltikyanı ölkələrin liderlərini Rusiyaya təzyiq göstərməyə çağırıb.

AzerTimes xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” məlumat yayıb.

Məlumata görə, Baydenin bu addımı Baltikyanı həmkarlarının Vaşinqtonun Ukrayna münaqişəsində Rusiyanın məğlubiyyətini real məqsəd kimi görüb-görmədiyinə şübhə ilə yanaşmasına səbəb olub. Eyni zamanda, Kiyevin Şərqi Avropadakı müttəfiqləri Ukraynanın hansısa mərhələdə Rusiya ilə danışıqlara hazırlaşması ilə bağlı Qərb paytaxtlarında fikirlərin getdikcə tez-tez gündəmə gəlməsindən narahatlığını ifadə ediblər.

Teqlər: