Bayden bu ay ikinci dəfə məzuniyyətə çıxdı

Bayden bu ay ikinci dəfə məzuniyyətə çıxdı

ABŞ Prezidenti Co Bayden və birinci xanım Cill Bayden ötən gün axşam saatlarında Nevadaya gedib.

AzerTimes xəbər verir ki, bu barədə “Assoşeyted press” məlumat yayıb.

Cütlük Kaliforniya və Nevada ştatları ilə həmsərhəd olan və xizək kurortları sayəsində xüsusilə qış aylarında turistlərin diqqətini çəkən Taho gölündə şəxsi ev kirayələyir.

Qlenbruk icmasındakı ev Tom Stayer və Ket Teylora məxsusdur. Stayer investor, iqlim dəyişikliyi fəalıdır və 2020-ci ildə prezidentliyə namizədliyini irəli sürüb.

Ağ Evin bildirdiyinə görə, Baydenlər evi bazar qiymətinə kirayə götürüblər və təxminən bir həftə orada qalacaqlar.

Qeyd edək ki, Baydenlər bu ay artıq bir dəfə məzuniyyətə çıxmışdılar.

Teqlər: