Bayden Belarusa qarşı sanksiyaları daha bir il uzatdı

Bayden Belarusa qarşı sanksiyaları daha bir il uzatdı

Prezident Co Bayden ABŞ-ın milli təhlükəsizliyinə və xarici siyasətinə Belarusdan gələn təhdid səbəbilə fövqəladə vəziyyət rejimini 1 il də uzadıb.

AzerTimes xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

“Belarus hökumətinin bəzi üzvlərinin hərəkətləri və siyasəti, o cümlədən Belarus rejiminin zərərli fəaliyyəti və uzun müddət davam edən sui-istifadələri ABŞ-ın milli təhlükəsizliyinə və xarici siyasətinə fövqəladə təhlükə yaratmaqda davam edir. Bu səbəbdən milli fövqəladə vəziyyət 16 iyun 2022-ci il tarixindən sonra da bir il uzadılıb”,- məlumatda deyilir.

Qeyd edək ki, Bayden 2021-ci ildə də Belarusa qarşı sanksiyaları uzatmışdı.

Teqlər: