Bayden avropalı həmkarları ilə Ukrayna ilə bağlı son diplomatik səyləri müzakirə edib

ABŞ Prezidenti Cozef Bayden, Böyük Britaniyanın baş naziri Boris
Conson, Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf
Şolts və İtaliyanın baş naziri Mario Draqi arasında telefon
danışığı baş tutub.

AzerTimes-ın məlumatına görə, bunu Ağ Evin mətbuat katibi Cen Psaki
deyib.

Onun sözlərinə görə, liderlər Ukraynada atəşkəsə nail olmaq üçün
diplomatik səyləri, həmçinin Kiyevə humanitar və hərbi yardımı
müzakirə ediblər.