Bayden amerikalıların Əfqanıstandan təxliyəsinin avqustun 31-dək başa çatacağına ümid edir

ABŞ Prezidenti Cozef Bayden amerikalıların Əfqanıstandan təxliyəsinin avqustun 31-dək başa çatacağına ümid edir.

AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib.

C.Sallivan bildirib: “Prezident Əfqanıstanı tərk etmək istəyən hər bir amerikalının Əfqanıstanı tərk etməsinin tərəfdarıdır. O ümid edir ki, buna 31 avqusta qədər nail ola bilərik”.


ABŞ prezidentinin köməkçisi Əfqanıstanda olan amerikalıların dəqiq sayını açıqlamayıb.