Hazırda ABŞ Prezident Co Bayden, vitse-prezident Kamala Harris, milli təhlükəsizlik müşaviri Ceyk Sallivan, Dövlət katibi Entoni Blinken, müdafiə naziri Lloyd Ostin, Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Dempsi və ABŞ-ın BMT-dəki nümayəndəsi Qrinfild ilə Ağ Evdə müzakirələr aparır.
AzerTimes xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Müzakirələrin İordaniyada ABŞ hərbi bazasına hücumla əlaqədar olduğu bildirilib.
Qeyd edək ki, İordaniyada ABŞ bazasına hücum nəticəsində 3 əsgər ölüb, 20-si yaralanıb.