Bayden Ağ Evdə Kara-Murza ilə görüşdü

Bayden Ağ Evdə Kara-Murza ilə görüşdü

ABŞ Prezidenti Co Bayden Ağ Evdə bir müddət öncə həbsdən azad edilmiş rusiyalı siyasətçi Vladimir Kara-Murza və ailəsi ilə görüşüb.

AzerTimes xəbər verir ki, bu barədə Baydenin sosial şəbəkə səhifəsində məlumat yayılıb.

“Vladimir Rusiyanın Ukraynadakı müharibəsinə qarşı çıxdığı üçün Rusiyada haqsız yerə iki il yarım həbsdə yatdı. Bu gün o ailəsi ilə yenidən bir yerdədir”, – Bayden qeyd edib.

Teqlər: