HƏMAS hərəkatının saxladığı növbəti girovlar qrupu noyabrın 25-də Qəzza sektorunu tərk edəcək.
AzerTimes xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Co Bayden bildirib.
“Girovların bugünkü azad edilməsi prosesin yalnız başlanğıcıdır. Biz sabah, o biri gün və növbəti gün daha çox girovların azad ediləcəyini gözləyirik”, – Bayden bildirib.
Qeyd edək ki, ötən gün HƏMAS 25 girovu azad edib.