ABŞ Prezidenti Co Bayden ABŞ qüvvələrinin Ukraynaya göndərilməsinin baş tutmayacağını açıqlayıb.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller danışıb.
“Mən Konqres üzvünün bəyanatını şərh etməyəcəyəm, prezident açıq şəkildə bildirib ki, o, ABŞ qüvvələrini Ukraynaya döyüşməyə göndərməyəcək”, – deyə Miller bildirib.
Qeyd edək ki, daha öncə Konqresin Nümayəndələr Palatasındakı Demokratik azlığın lideri Hakim Cefris ABŞ silahlı qüvvələrinin Ukraynadakı münaqişədə iştirakını istisna etməyib.
Onun sözlərinə görə, Kiyev məğlub olarsa, belə bir ssenari mümkündür və buna görə də Vaşinqton Ukraynanın çökməsinə imkan verə bilməz.