ABŞ prezidenti Cozef Bayden Ukraynada qalan bütün amerikalıları ölkəni tərk etməyə çağırıb.
AzerTimes-ın məlumatına görə, o, bu barədə “NBC News” telekanalına müsahibəsi zamanı deyib.
“ABŞ vətəndaşları dərhal getməlidirlər”, – deyə C.Bayden bildirib.
Onun sözlərinə görə, Ukrayna ətrafındak vəziyyətdə ABŞ-ın qarşısında dünyanın ən böyük ordularından biri var.
“Bu, tamamilə fərqli bir vəziyyətdir və hər şey tez bir zamanda alt-üst ola bilər”, – deyə ABŞ prezidenti əlavə edib.
Xatırladaq ki, daha əvvəl ABŞ Dövlət Departamenti Ukraynadakı vətəndaşlara dərhal oranı tərk etmələrini tövsiyə edib.