ABŞ Prezidenti Cozef Bayden Arizona ştatını təmsil edən sabiq senator Ceff Fleykin namizədliyini ölkəsinin Türkiyədəki səfiri vəzifəsinə irəli sürüb.
AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə C.Fleykin “Medium” saytında dərc edilən bəyanatında deyilir.
Sabiq senator ABŞ və Türkiyə arasındakı münasibətlərin “strateji əhəmiyyətini” qeyd edərək, hazırda “hər iki ölkə üçün əhəmiyyətli an” olduğunu bildirib.