Bayden ABŞ-ın iki müttəfiqini barışdırır

Bayden ABŞ-ın iki müttəfiqini barışdırır

ABŞ Prezidenti Co Bayden müttəfiqləri Yaponiya və Cənubi Koreyanı barışdırmağın yolunu tapıb.

AzerTimes xəbər verir ki, bu barədə “Assoşeyted Press” məlumat yayıb.

Məlumata görə, görüş Kemp Deviddəki iqamətgahda keçiriləcək.

Bildirilib ki, Bayden qeyri-rəsmi tədbirin Yaponiyanın Baş naziri Fumio Kişida ilə Cənubi Koreya Prezidenti Yun Sok Yol arasında münasibətləri yaxşılaşdıracağına ümid edir.

Agentlik görüşün Kemp Deviddə keçirilməsinin xüsusi önəmi olduğunu vurğulayıb. 1978-ci ildə o vaxtkı ABŞ prezidenti Cimmi Karterin vasitəçiliyi ilə Kemp Deviddə Misirlə İsrail arasında sülh müqaviləsi imzalanmışdı.

Teqlər: