Prezident Co Bayden ölkədə prezident seçkilərinə qədər III Dünya müharibəsini başlatmağa və ABŞ-ı məhv etməyə qadirdir.
AzerTimes xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp deyib.
“Onlar heç kimə düzgün münasibət göstərmir. Beləliklə, özünüzü Üçüncü Dünya müharibəsində tapa bilərsiniz. On ay ərzində ölkəmizi tamamilə məhv edə bilərlər”, – Tramp bildirib.
Tramp həmçinin Ukrayna və Yaxın Şərqdə münaqişələrin qarşısını alacağını və Koreya yarımadasındakı vəziyyəti nəzarətdə saxlayacağını iddia edib.