ABŞ-da koronavirus pandemiyası səbəbiylə 2020-ci ilin martında
tətbiq edilmiş fövqəladə vəziyyət rejiminin ictimai səhiyyə
riskinin davam etməsi səbəbindən martın 1-dən sonra da
uzadılacaq.
AzerTimes-ın Ağ Evin saytına istinadən verdiyi məlumata görə, bunu
ABŞ Prezidenti Cozef Bayden bildirib.
“Bu ölkədə 900 mindən çox insan bu xəstəlikdən ölüb və bu
səbəbdən federal hökumətin bütün gücü və imkanları ilə COVID-19 ilə
mübarizəni davam etdirməyimiz və pandemiyaya cavab verməmiz çox
vacibdir”, – deyə C.Bayden bildirib.
Qeyd edək ki, əgər fövqəladə vəziyyət rejimi elan edilməsinin
ildönümünə 90 gün qalmış prezident Konqresə qərarın yenilənməsi
barədə bildiriş göndərməsəydi, avtomatik olaraq sona çatacaqdı.
Fövqəladə vəziyyət rejimi prezidentə istənilən vaxt istifadə edə
biləcəyi bəzi əlavə hüquqi səlahiyyətlər verir.