Bayden 2024-cü ildə keçiriləcək seçkilərdə iştirak edib-etməyəcəyini açıqladı

Ağ Evin hazırkı rəhbəri Cozef Bayden 2024-cü ildə keçiriləcək növbəti prezident seçkilərində respublikaçı Donald Trampla mübarizə aparmağa hazır olduğunu açıqlayıb.

AzerTimes-ın məlumatına görə, hazırkı ABŞ prezidenti bunu “ABC” telakanalına müsahibəsində deyib.

“İndiki kimi sağlam olsam, yenə prezident seçkilərində iştirak edəcəyəm”, – deyə C.Bayden bildirib.


Aparıcının ABŞ-ın 45-ci prezidenti Donald Tramp ilə mümkün seçkiqabağı yarış ilə bağlı sualına Cozef Bayden müsbət cavab verib.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri 2020-ci ilin 3 noyabr tarixində keçirilib. Demokrat Cozef Bayden seçkilərdə qələbə qazanıb.