Bayden 2022-ci il üçün 770 milyard dollarlıq müdafiə büdcəsini imzalayıb

ABŞ prezidenti Cozef Bayden 2022-ci maliyyə ili üçün (oktyabrın 1-i başlayıb) təxminən 770 milyard dollarlıq müdafiə büdcəsini imzalayıb.

AzerTimes-ın məlumatına görə, bu barədə Ağ Evin açıqlamasında deyilir.


Bildirilir ki, C.Bayden Müdafiə Nazirliyinin proqramları, hərbi tikinti, Energetika Nazirliyinin daxili təhlükəsizlik proqramları və kəşfiyyat proqramlarını əhatə edən 2022-ci maliyyə ili üçün müdafiə büdcəsini imzalayıb.