Bayden 1915-ci il hadisələrinin açıq şəkildə araşdırılmasına çağırış etməlidir – Amerikalı ekspert

Xəbər - Trend:

Əgər ABŞ prezidenti Co Bayden həqiqətən də beynəlxalq təsir göstərmək və insan hüquqlarının müdafiəçisi kimi qəbul olunmaq istəyirsə, o zaman Birinci Dünya müharibəsi zamanı bütün hərbi cinayətlərin və insan haqlarının pozulması hallarının beynəlxalq və açıq tarixi araşdırılmasına çağırmalıdır.

Bunu AzerTimes-a amerikalı ekspert İrina Tsukerman ABŞ prezidentinin qondarma “erməni soyqırımı”nı tanımasını şərh edərkən deyib.

Onun sözlərinə görə, hazırda qondarma “erməni soyqırımı” məsələsi təzyiq vasitəsi kimi istifadə poluna bilən siyasi alətə çevrilib:

“Tarixi ayrı-ayrı ölkələrə qarşı təxyiq aləti kimi istifadə etmək düzgün deyil. Onu araşdırmaq və başa düşmək, əməkdaşlığı möhkəməndirmək lazımdır. Ermənilərin, türklərin və yunanların inciklikləri geridə qoyaraq yeni nəsillər üçün daha yaxşı gələcək naminə tarixi daha yaxşı öyrənmək məqsədilə bir yerə toplaşmamağa heç bir səbəbi yoxdur. Keçmiş hadisələri bir-birinə qarşı istifadə etmək əvəzinə heç bir xalqın və ya ölkənin marağında deyil. Bayden sülh insanı və insan hüquqlarının qayğıkeşi kimi tanınmaq istəyirsə, diplomatiyanı ucuz siyasi xallar qazanmaq üçün deyil, birlik və sülh üçün istifadə etməlidir”.

Teqlər: