Baxşıyev Qara Qarayevin durumundan danışdı

Baxşıyev Qara Qarayevin durumundan danışdı

Komandamı qələbə münasibəti ilə təbrik edirəm. Yolumuza davam edirik. Düşünürəm ki, bu da bizim maksimumuz deyil. Oyun planında daha da artırmalıyıq.

AzerTimes Qol.az-a istinadən xəbər verir ki, bu sözləri “Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev Misli Premyer Liqasının 12-ci turunda “Neftçi”yə qalib gəldikləri (1:0) oyundan sonra keçirilmiş mətbuat konfransında deyib.

O, edilən əvəzetmələrdən danışıb:

“Futbolda elə qanun yoxdur ki, əvəzetmədən meydana daxil olan futbolçu oyunu dəyişməlidir. Birinci hissədə zədələnən oyunçumuz oldu, Bəxtiyar Həsənalızadə. Ona uyğun da rotasiyaya getməyə məcbur qaldıq. Çünki həmin mövqedə yerli olmadığı üçün əcnəbi futbolçumuzu meydana buraxdıq. İkinci hissə birinci hissədən daha çox epizodlara girdik. Sadəcə son nöqtəni qoya bilmədik”.

Mütəxəssis futbolçusu Qara Qarayevin durumu haqda da söz açıb:

“Qaranın durumu hamıya bəllidir. İki gün öncə mənim istəyimlə komandaya qoşulub. Günlər keçdikcə Qara komandamıza fayda verəcək. Psixoloji durumu qaydasındadır. Keçmişlə yaşayacağıqsa, gələcəyə heç vaxt ümid olmayacaq. Onu başa düşür. Qaraya hər bir dəstəyi verməyə hazırıq.Qara təcrübəli futbolçudur. Yaxşı performansa çatacaq”.

E. Baxşıyev futbolçusu Turan Vəlizadəyə oyunun 90+3-cü dəqiqəsində verilən qırmızı vərəqə ilə bağlı danışıb:

“İki sarı vərəqə ilə cəzalandırıldı. Cavan futbolçudur. Cavanlarda emosiya daha artıq olur. İki oyun epizodu idi. Daha təmkinli olmalıdır. Ona ümumi irad yoxdur”.

Teqlər: