Rusiya ordusunun Baxmutu ələ keçirmək cəhdləri davam edir. “Vaqner” döyüşçüləri bu istiqamətdə uğursuz döyüşürlər.
AzerTimes xəbnər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.
İnstitutun analitiklərinin fikrincə, məhz vaqnerçilər üzündən Rusiya ordusunda parçalanma getdikcə güclənir.
“Bu yaxınlarda qondarma Donbas separatçısı Denis Puşilin bildirib ki, Vaqner döyüşçüləri ilə birlikdə bu ərazidə döyüşlərdə “dxr” qüvvələri də iştirak edir. Terrorçuların rəhbəri dərhal rus blogerləri tərəfindən tənqid edilib və onlar Baxmut yaxınlığındakı döyüşlərdə “dxr”in iştirakını inkar ediblər. Rusiya informasiya məkanında Puşilinin bəyanatları ilə Priqojinin və digər tanınmış şəxslərin çıxışları arasındakı fikir ayrılıqları “dxr” və vaqnerçilər arasında parçalanmanın davam etdiyini və getdikcə böyüdüyünü göstərir”, – analitiklər bildirib.