Baxmutda rusların komanda məntəqəsi vuruldu

Baxmutda rusların komanda məntəqəsi vuruldu

Ukrayna aviasiyası Baxmutda Rusiya Silahlı Qüvvələrinin 6-cı motoatıcı diviziyasının komanda məntəqəsini vurub.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

“Zərbə nəticəsində rusların Pokrovsk istiqamətində nəzarəti həyata keçirmək qabiliyyəti əhəmiyyətli dərəcədə azalıb”, – məlumatda qeyd olunub.

İtkilər barədə məlumat verilməyib.

Teqlər: