Baxmutda qanlı döyüşlər: Ruslar tələyə düşür…

Baxmutda qanlı döyüşlər: Ruslar tələyə düşür…

Baxmut uğrunda qanlı döyüşlər davam edir, Ukrayna ordusu ruslara kəskin cavab verir. Lakin onlar ümidsiz şəkildə uğur qazanmağa çalışırlar. Ruslar yenidən tələyə düşdüklərinin fərqində deyillər.

AzerTimes xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.

“Ruslar keçmiş səhvlərindən nəticə çıxarmırlar. Rusiyanın Baxmut ətrafındakı səyləri onu göstərir ki, əvvəlki yüksək itki ilə nəticələnən uğursuz kampaniyalarından əsaslı şəkildə dərs ala bilməyib. Altı ay ərzində onlar cəmi bir neçə kilometr ərazi əldə ediblər. Rusların Baxmuta hücum cəhdləri yalnız ona gətirib çıxarıb ki, Kreml ordusunun canlı qüvvəsi və texnikası tükənməkdə davam edir. Rus qoşunları tez-tez kiçik şəhərlərdə tələyə düşürlər. Əməliyyatların bu nümunəsi müharibənin əvvəlində rusların Severodonetsk və Lisiçanskı ələ keçirmək cəhdlərini çox xatırladır”.

Teqlər: