Rusiya ordusunun hücumu nəticəsində Ukraynanın Baxmut şəhərində 4158 yaşayış binasına ziyan dəyib.
AzerTimes xəbər verir ki, bu barədə Baxmut Şəhər Şurasının sosial səhifəsində məlumat yayılıb.
“Rəqəmlər təxminidir, çünki hazırda aktiv hərbi əməliyyatlar xəttinə yaxın olan Baxmutun Starostı rayonunun yaşayış məntəqələrində dağıntıların dəqiq miqdarını müəyyən etmək mümkün deyil”, – məlumatda qeyd edilib.