Baxmut istiqamətindəki vəziyyəti yaxşılaşdırmaq üçün Ukrayna hərbçilərinə əlavə silah və şəxsi heyət sayının artırılması lazımdır.
AzerTimes xəbər verir ki, bunu Ukrayna Milli Qvardiyasının tabor komandiri Yevgeni Oropay deyib.
Onun sözlərinə görə, rus ordusu dayanmadan Baxmutdakı Ukrayna mövqelərinə hücumlar edir:
“Əgər bizə tanklar verilsə, minaatanlar, artilleriyalar, aviasiya daha çox işləsə, Baxmutdakı vəziyyət yaxşılaşa bilər. Bu istiqamətdə canlı qüvvə yetərincədir, amma rotasiya üçün kifayət etmir. Hərbçilər bəzən 2-3 sutka soyuq səngərlərdə qalır, kifayət qədər qidalanmır, qızınmır və xəstələnirlər. Rus ordusunun daim mövqelərimizə hücumu vəziyyəti çətinləşdirir. Artilleriya, tank dayanmadan işləyir, piyadalar səngərlərimizə qumbaralar atır”.