Əfqan Baxışov “Azərbaycan Hava Yolları” QSC prezidentinin müşaviri təyin olunub.
AzerTimes Report-a istinadən xəbər verir ki, bu təyinatadək Ə.Baxışov Azərbaycan Hava Yollarında Hüquq Departamentinin direktoru vəzifəsində çalışıb.
O, bu vəzifəyə 2023-cü ilin iyul ayında təyin olunub.
Ə.Baxışov ölkənin bir sıra kommersiya banklarında çalışıb. Belə ki, o, “Unibank” ASC-nin baş hüquq və komplayens inzibatçısı, “Accessbank” ASC-də icraçı direktoru olub.