Baxçalıdan seçki açıqlaması: Bütün dünyaya dərs verdik!

Baxçalıdan seçki açıqlaması: Bütün dünyaya dərs verdik!

14 may 2023-cü il tarixində Türkiyə qalib gəldi.

AzerTimes xəbər verir ki, bunu MHP lideri Dövlət Baxçalı ölkədə keçirilən prezident və parlamet seçkilərini dəyərləndirərkən deyib.

“14 may 2023-cü il tarixində yerli və beynəlxalq seçki dairələrində keçirilən prezident və parlament seçkiləri Türkiyə siyasəti və demokratiyası baxımından tarixi xarakter daşıyır.

Bu çərçivədə türk milləti bütün dünyaya demokratiya dərsi vermiş, haqsız iddiaları, nalayiq eyhamları, əsassız ittihamlara məhəl qoymayıb. Sevimli xalqımız iradə azadlığını qorudu. Seçkilər şəffaf, dürüst və hüquqi çərçivədə keçirilib”, – Baxçalı qeyd edib.

Teqlər: