Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı Yunanıstanın Türkiyə təyyarələrinə qarşı S-300 hava hücumundan müdafiə sistemlərini işə salmasına sərt reaksiya verib.
AzerTimes xəbər verir ki, Baxçalı Yunanıstanın bu münasibətini düşməncəsinə rəftar və təxribat kimi qiymətləndirib.
“Yunanıstanın Aralıq və Egey dənizində millətimizin səbrini darmadağın etməsi, havada və quruda təcavüzlərini gücləndirməsi əslində yüz ildir davam edən quyruq ağrısının və yaşadıqları kabusun asimmetrik əksidir”, – Baxçalı bildirib.