Baxçalı Kılıçdaroğlunu sərt şəkildə tənqid etdi

Baxçalı Kılıçdaroğlunu sərt şəkildə tənqid etdi

Kamal Kılıçdaroğlu və Millət İttifaqı Türkiyənin təhlükəsizliyinə çox ciddi problemdir.

AzerTimes xəbər verir ki, bu sözləri Türkiyənin Millətçi Hərəkat Partiyasının (MHP) rəhbəri Dövlət Baxçalı deyib.

“Onların gələcəyə işıq saçan heç bir layihəsi yoxdur. Eyni zamanda, İyi Partiyasının sədri də dedi-qodudan başqa heç nə etmir. Onların xain dəstəkçiləri varsa, bizim də ulduz kimi parıldayan ölkəmiz var. Nə edirlərsə etsinlər, biz onlara lazım olan müqaviməti də göstərə bilirik. Biz müqavimət göstərdikcə, onlar silinəcək”, – partiya sədri bildirib.

Teqlər: