Baxçalı İmamoğlunun bu istəyini rədd etdi

Baxçalı İmamoğlunun bu istəyini rədd etdi

Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğlunun görüş istəyini rədd edib.

AzerTimes Publika.az-a istinadən xəbər verir ki, bu barədə Baxçalı qrup iclasından sonra jurnalistlərə açıqlamasında deyib.

“Nə məqsədlə görüş istədiklərini bilmirəm. Əkrəm İmamoğlunun siyasətini bəyənmədiyim üçün onunla görüşməyi uyğun görmürəm. Çünki bu görüşdən MHP-ni bəzi işlərə cəlb etmək istəyə bilərlər. Türkiyədə yaşanan sui-istifadə və yanlış şərhlərlə daha diqqətli olmalıyıq”, – deyə o bildirib.

Teqlər: