Baxçalı danışdı, Öcalanla 43 ay sonra görüş keçirildi

Baxçalı danışdı, Öcalanla 43 ay sonra görüş keçirildi

DEM Partiyasından millət vəkili olan Ömər Öcalan həbsxanada olan əmisi, PKK lideri Abdullah Öcalanla görüşüb.

AzerTimes xəbər verir ki, bu barədə o özü sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, sonuncu dəfə Öcalanla 3 mart 2020-ci ildə üzbəüz görüşüb:

“Biz ailə olaraq illər sonra 23 oktyabr 2024-cü ildə Öcalanla görüşdük. Bir qanuni haqq olan ailə görüşünün, şərtlər nə olursa-olsun, davam etməsini istəyirik”.

Ömər Öcalan bu ilin avqustun 24-də ailəsi adından Ədliyə Nazirliyinə müraciət edərək, Abdullah Öcalanda görüş tələb etmişdi.

Qeyd edək ki, MHP lideri Dövlət Baxçalı TBMM-dəki çıxışında “Öcalanın təcrid olunması aradan qaldırılarsa, o, Türkiyə Böyük Millət Məclisindəki qrup toplantısında çıxış etməli və terrora son qoyduğunu açıq şəkildə bəyan etməlidir” fikrini səsləndirmişdi.

Teqlər: