Münhenin “Bavariya” klubu polşalı hücumçu Robert Levandovskinin “Barselona”ya keçəcəyini elan edib.
AzerTimes alman klubunun saytına istinadən xəbər verir ki, 33 yaşlı hücumçunun transferi ilə bağlı şifahi razılaşma əldə olunub. Lakin sövdələşmə hələlik başa çatmayıb.
Münhen klubunun idarə heyətinin sədri Oliver Kan deyib ki, komandanı əvvəllər də böyük futbolçular tərk edib və bu, “Bavariya” üçün “dünyanın sonu deyil”.
KİV-də yayılan xəbərlərə görə, “Bavariya” hücumçunun satışından 50 milyon avro qazanmaq niyyətindədir. Onun transfer qiyməti 45 milyon avro məbləğində qiymətləndirilir. Levandovskinin “Bavariya” ilə müqaviləsinin müddəti 2023-cü ilin yayında bitir. Buna baxmayaraq, o, klubu tərk edərək “Barselona”ya keçməyə hazır olduğunu bildirib.