Münhenin “Bavariya” klubu ardıcıl doqquzuncu dəfə futbol üzrə Almaniya çempionu olub.
AzerTimes-ın məlumatına görə, komanda çempionatın bitməsinə iki tur qalmış titulu qazanıb.
Çempion Dortmundun “Borussiya” ilə “Leypsiq” arasındakı 32-ci tur matçından sonra bəlli olub. Oyun “Borussiya”nın 3:2 hesablı qələbəsi ilə başa çatıb.
31 oyundan sonra 71 xalla “Bavariya” turnirin bitməsinə iki tur qalmış rəqibləri üçün əlçatmaz oldu.