Batyanın səhhəti pisdir: İndi də Belarusda savaş başlayır

Batyanın səhhəti pisdir: İndi də Belarusda savaş başlayır

Son zamanlar Lukaşenkonun sağlamlığında yaranan problemlər fonunda Lukaşenkosuz Belarusda siyasi proseslərin inkişafı istiqaməti ciddi suallar doğurur.

Təbii ki, belə vacib hadisə birmənalı olaraq “game changer” (prosesin istiqamətinin kəskin dəyişməsi) rolunu oyanayacaq, amma əsas sual “dəyişkliyin hansı istiqamətdə” olmasıdır.

Mümkün olan 2 ssenari var:

– Qərb və Ukraynanın siyasi dəstəyilə Belarus xalqı küçələrə çıxır və hakimiyyəti ələ alaraq Svetlana Tixanovskayanı hakimiyyətə gətirir. Belarus avtomatik olaraq Rusiya ilə bütün əlaqələri kəsərək qərbyönlü siyasi xətt seçir;

– Rusiyanın total nəzarətində olan Belarus güc strukturları vahid namizəd seçərək hakimiyyət tranziti həyata keçirir və Rusiyaya daha loyal (Lukaşenko təcrübəsi və siyasi nüfuzu sayəsində hansısa balans qorumağa çalışırdı, misal üçün, Putin dəfələrlə Lukaşenkodan Belarus SQ-nin müharibəyə qatılmasını xahiş etsə də, Lukaşenko bu təklifi rədd edib) namizədi dövlətin başına gətirilir. Bu halda Belarus artıq birmənalı və qeyd-şərtsiz olaraq Rusiyanın vilayətinə çevriləcək.

Buna oxşar hadisə Belarusun xarici işlər naziri Makeyin ölümündən sonra baş vermişdi. Makey Lukaşenko və Qərb arasında körpü rolunu oynayırdı və bu faktor Belarus üçün çox önəmliydi.

Makey müəmmalı şəkildə öləndən sonra Belarus xarici işlər naziri vəzifəsinə rusyönlü Sergey Aleynik təyin olunub və Lukaşenkonun Qərblə son körpüsü yandırılıb.

Teqlər: