Batyanın qorxusu: Ukraynaya ordu yeritsə, rejimi çökəcək

Batyanın qorxusu: Ukraynaya ordu yeritsə, rejimi çökəcək

Aleksandr Lukaşenko öz rejimi itirmək qorxusu fonunda çətin ki, Ukraynaya qarşı müharibəyə girsin, lakin o, Putini razı salmaq üçün Ukrayna qoşunlarının diqqətini yayındıra bilər.

AzerTimes xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun hesabatında bildirilib.

Hesabatda qeyd olunub ki, Belarus qoşunlarının sərhəd boyunca toplanması Ukrayna qüvvələrinin diqqətini yayındırmaq və daha geniş cəbhə xətti boyunca uzatmaq məqsədi daşıyır:

“Amma Belarus qoşunlarının Ukraynaya girmək ehtimalı azdır. Belarusun Ukraynaya müdaxiləsi və ya hətta müharibədə iştirakı Lukaşenkonun öz rejimini müdafiə etmək qabiliyyətini pisləşdirəcək və Belarusda daxili narazılığı kəskin şəkildə artıracaq. Belarusda prezident seçkiləri 2025-ci ilin fevralında keçirilməlidir və Lukaşenko seçkilərlə bağlı gözlənilən etirazları yatırmaq üçün ictimai əhval-ruhiyyəni və orduya təsirini nəzarətdə saxlamaq istəyir”.

Teqlər: