Dünya böyük hadisələrin baş verməsi ərəfəsindədir, bütün planet alovlana bilər.
AzerTimes xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib.
“Sizi xəbərdar etmək istəyirəm: dünya ən monumental hadisələr ərəfəsindədir. Biz bu gün o qədər çətin vəziyyətdəyik ki, sanki nazik buzun üzərində gedirik. Ehtiyatsız addım atsaq, boğula, dövləti alt-üst edə bilərik. Ona görə də bu il çox çətin olacaq.
Ancaq biz onu stabil saxlamaq üçün hər şeyi etməliyik. Faktlar göstərir ki, dünya nizamsızdır”, – Lukaşenko qeyd edib.