Batyadan Putinlə görüş barədə: Deyəcəklər ki, gücümüz yoxdur

Batyadan Putinlə görüş barədə: Deyəcəklər ki, gücümüz yoxdur

İndi vəziyyət gərginləşir. Xüsusən də bu genişmiqyaslı danışıqlardan sonra hamı deyəcək ki, hər şey bitdi: Belarusda artıq güc yoxdur, buraya ruslar artıq yeriyib, ölkəni idarə edirlər.

AzerTimes xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı Vladimir Putinlə keçirəcəyi görüş barədə danışarkən deyib.

“Bir daha bunu vurğulamaq istəyirəm: Belarusa bizdən başqa heç kim rəhbərlik etmir. Bunlar Konstitusiyaya uyğun olaraq bizim funksiyalarımızdır, xüsusən də mənim. Biz bu xüsusiyyətləri həyata keçiririk. Belarusun suverenliyi və müstəqilliyi sarsılmazdır. Belarus heç vaxt Rusiyanın düşməni olmayacaq”, – Lukaşenko söyləyib.

Teqlər: