Xəbər - Cani Babayeva – Trend:
Noyabrın 18-də Bakı Milli Gimnastika Arenasında Batut Gimnastikası və Tamblinq üzrə 35-ci Dünya Çempionatının birinci günü keçirilir.
İlk yarış günündə qadınlar və kişilər arasında batut üzərində fərdi hərəkətlər, qadınlar arasında tamblinq və qadınlar və kişilər arasında ikili mini-batut yarışlarında təsnifat mərhələsi nəzərdə tutulub.
Qeyd edək ki, Bakıda Batut Gimnastikası və Tamblinq üzrə 35-ci Dünya Çempionatı noyabrın 18-dən 21-dək keçiriləcək. Yarışda 33 ölkədən 300-dək gimnast iştirak edəcək.
4 gün davam edəcək çempionatda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili mini-batut üzrə proqramlarda çıxış edəcəklər. Bundan əlavə, komanda çoxnövçülüyü, eləcə də hər proqram üzrə komanda hesabında qaliblər müəyyənləşəcək.
Trend ilk yarış günündən ən maraqlı anları təqdim edir.
(Foto: Zaur Mustafayev. Tərcümə: Orxan Nəbiyev)