Bu gün dənizdə batma təhlükəsi ilə üzləşən 6 nəfər xilas edilib.
Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a bildirilib ki, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Nardaran-2”, “Şıx”, “Lökbatan”, “Mərdəkan”, “Qızılqum” sularda xilasetmə məntəqələrinin ərazisində və 1 halda məntəqədən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən 6 nəfər xilas olunub.