Bu gün batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas olunub.
Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a bildirilib ki, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Bilgəh” sularda xilasetmə məntəqəsindən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas olunub.