Batma təhlükəsi ilə üzləşən 7 nəfər xilas edilib.
Bu barədə AzerTimes-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Astara”, “Qızılqum”, “Şüvəlan” sularda xilasetmə məntəqəsinin ərazisində və “Neftçala” sularda xilasetmə məntəqəsindən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən 7 nəfər xilas olunub.