Xəzər dənizində batma təhlükəsi ilə üzləşən 7 nəfər xilas olunub.
Bu barədə AzerTimes-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Qeyd edilib ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Mərdəkan”, “Zuğulba-3” sularda xilasetmə məntəqələrinin ərazisində, “Şirvan” sularda xilasetmə məntəqəsindən kənarda (qeyri-çimərlik ərazi) və Şıx ictimai çimərliyin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən 7 nəfər xilas edilib.