Batabatda qarın hündürlüyü yarım metrə çatır

Batabatda qarın hündürlüyü yarım metrə çatır

Naxçıvanda, Batabat gölü ətrafında qar örtüyünün hündürlüyü 30-50 sm arasında dəyişir. Ərazidə havanın temperaturu -13 dərəcədir.

AzerTimes-ın xəbərinə görə, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

O bildirib ki, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda Batabat gölü ərazisində qarölçmə işləri həyata keçirilib. Məqsəd Naxçıvanın su ehtiyatlarını qiymətləndirməkdir.

Teqlər: