Başqırdıstandakı iğtişaşlarda günah bizdədir – Xabirov

Başqırdıstandakı iğtişaşlarda günah bizdədir – Xabirov

Baymak şəhərində Fail Alçinovun məhkəməsindən sonra baş verən kütləvi iğtişaşlarda günahın bir hissəsi hakimiyyət orqanlarının üzərinə düşür.

AzerTimes xəbər verir ki, bunu Başqırdıstan rəhbəri Radiy Xabirov deyib.

O bildirib ki, Alçinov və onun tərəfdarlarının kimliyi, mahiyyəti barədə insanlara ətraflı izahat verilməyib və bunda bizim günahımız var:

“Hardasa bizim günahımız var: bələdiyyələrin günahı, mənim şəxsi günahım var ki, insanlara tam izahat verməmişik, bu insanların mahiyyətini, məzmununu tam açıqlamamışıq. İndi biz bununla fəal məşğul olacağıq. Mən də susmayacağam, biz bu adamların əsl üzünü göstərəcəyik. Xaricdə olan qruplar Başqırdıstanın Rusiyadan ayrılması ilə bağlı çağırışlar edir. Hakimiyyətin vəzifəsi bu adamların əsl üzünü göstərməkdir”.

Qeyd edək ki, Başqırdıstanın (Rusiya) Baymak Rayon Məhkəməsi yerli fəal Fail Alçinovu milli nifrət yaratmaqda təqsirli bilərək, 4 il müddətinə azadlıqdan məhrum edib.

Məhkəmənin qərarından dərhal sonra Alçinovun minlərlə tərəfdarı etirazlara başlamışdı.

Teqlər: